Məhəmməd Salah Qızıl top u qazanmağa əsas namizəddi

11.03.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Goal" nəşri nəşri 2025-ci ildə "Qızıl top" mükafatına əsas namizədlərin siyahısını təqdim edib. Sport24.az xəbər verir ki, siyahının ilk pilləsində "Liverpul"un hücumçusu Məhəmməd Salah qərarlaşıb.

Bu mövsüm uğurlu çıxışı ilə fərqlənən misirli hücumçu komandası İngiltərə Premyer Liqasında növbəti çempion titulunu qazanmağa yaxındır. Siyahıda növbəti yerləri Kilian Mbappe və Rafinya tutublar.

"Qızıl topu" qazanmağa 10 namizəd:

1. Mohamed Salah "Liverpul, İngiltərə)
2. Kilian Mbappe ("Real", İspaniya)
3. Rafinya Dias ("Barselona", İspaniya)
4. Lamin Yamal ("Barselona", İspaniya)
5. Harri Keyn ("Bavariya", Almaniya)
6. Robert Levandovski ("Barselona", İspaniya)
7. Vinisius Junior ("Real", İspaniya)
8. Cud Bellingem ("Real", İspaniya)
9. Camal Musiala ("Bavariya", Almaniya)
10. Pedri ("Barselona", İspaniya)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью