Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Liverpul"un cinah hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanından cəlbedici müqavilə təklifi alıb.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, adı açıqlanmayan klubu misirli hücumçuya həftəlik 2,8 milyon avro maaş ödəməyə hazırdır.
Bu isə o deməkdir ki, Salah Asiyaya yollanacağı halda, ildə təxminən 137 milyon avro qazana bilər.
Qeyd edək ki, Mo 2017-ci ildən "Liverpul"da çıxış edir. "Qırmızılar"ın niderlandlı baş məşqçisi Arne Slotla münasibətləri korlanan və bir müddət öncə sözügedən mütəxəssisi mətbuatda tənbqid atəşinə tutan forvard əsas heyətdəki yerini itirib.
Nihat