Məhəmməd Yunus Azərbaycana səfərə gəlib

11.11.2024

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Banqladeş Xalq Respublikasının müvəqqəti hökumətinin Baş müşaviri Məhəmməd Yunus BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью