Məhəmmədəli Osmanlı UFC turnirində qadağan olunmuş zərbəyə görə diskvalifikasiya edildi VİDEO

27.09.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı “The Ultimate Fighter”in (TUF) 34-cü mövsümünün finalında məğlub olub.

İdman.Biz xəbər verir ki, Las-Veqasda keçirilən “UFC Fight Night 289” turniri çərçivəsində Osmanlı Qırğızıstan təmsilçisi İlimbek Akılbek Uulu ilə qarşılaşıb.

Döyüş elə birinci raundda başa çatıb. Osmanlı rəqibinin baş nahiyəsinə qadağan olunmuş diz zərbəsi endirdikdən sonra hakim qarşılaşmanı dayandırıb.

Nəticədə azərbaycanlı idmançı diskvalifikasiya olunub, qələbə isə İlimbek Akılbek Uuluya verilib.

Beləliklə, Məhəmmədəli Osmanlı TUF 34-ün qalibi ola bilməyib. 22 yaşlı azərbaycanlı döyüşçü finala qədər ardıcıl on qələbə qazanmışdı.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью