Məhəmmədidə iki yük maşını bir birinə çırpıldı, sürücülərdən biri.. VİDEO

13.03.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Abşeron rayonu, Məhəmmədi kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza martın 13-də saat 07:00 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-JR-194 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını, “Hyundai” markalı avtomobillə toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “KamAZ” sürücüsünün qayda pozması olub. Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Sürücülərdən birinin xəsarət aldığı bildirilib.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью