Məhəmmədidə qayda pozan “Mercedes” sürücüsü “KIA”nı vurdu VİDEO

30.05.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Abşeron rayonu, Məhəmmədi kəndində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza mayın 29-da günorta saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı maşın, “Nissan” markalı avtomobillə toqquşub. Şahidlərin iddialarına əsasən, qəzaya səbəb “Mercedes” sürücüsünün manevr qaydasının pozması olub. Hadisə zamanı  hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, qəza yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью