Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Bu gün dünya çempionatına yekun vurulacaq. Həlledici görüşdə son çempion Argentina ilə İspaniya üz-üzə gələcək. Matça saat 23:00-da start veriləcək.
Azərbaycan millisinin sabiq qapıçısı Hüseyn Məhəmmədov “Futbolpress.az“a açıqlamasında mundialla bağlı fikirlərini bölüşdü:
“Maraqlı oyunlar keçdi. Bir neçə sürpriz kollektiv var idi. Düşünürəm ki, 48 komandalı format daha maraqlı alındı. Bəzi yığmaların sensasiyalı nəticələrə imza atması, oyunların çoxluğu, sürpriz nəticələr və s. məsələlər qeyd edilməlidir. Düzdür, matçların vaxtı bizim üçün əlverişli deyildi, amma yenə də çalışdıq, icmallara da olsa, baxaq.
Braziliya millisinin erkən dayanması məni təəccübləndirdi. Onların daha irəli gedəcəyini düşünürdüm. Kabo Verde, CAR kimi kollektivlər də gözlənilməsə də, qrupdan çıxdılar. Amma yenə düşünürəm ki, bu komandalar da bir yerdə dayanacaqdı”.
Keçmiş qolkiper mundialda fərqlənən qapıçılardan danışdı:
“Bu mundialda bəzi qapıçılar ön plana çıxdı. Məsələn, Vojinyanı, Orlando Gili mundialdan əvvəl tanıyan yox idi. Ona görə dünya çempionatı belə kiçik komandaların hər üzvü üçün əlavə motivasiyadır. İngiltərə yığmasının qapıçısı Cordan Pikford da özünü yaxşı tərəfdən göstərdi. İspaniyalı Unay Simon isə ehtiyat qapıçı kimi gəlməsinə baxmayaraq, əsas heyətin vaz keçilməzi oldu”.
Mütəxəssis mundialla bağlı proqnozunu da verdi:
“Ən böyük favoritim İspaniyadır. Mundial başlamazdən əvvəl onları dünya çempionu kimi görürəm. Çünki kifayət qədər gənc və dinamik heyətləri var. Argentina da pis deyil, onların üstünlüyü təcrübələridir. Ümumi götürəndə, həm İspaniya, həm Argentina çempionluğa layiqdir. Şəxsi fikrimə gəlincə, məncə, çempion İspaniya olacaq”.
Şahin Cəfərov