Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır. Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) dərc etdiyi təqvimə əsasən, Məhərrəm ayının 1-
Məhərrəm ayı iyulun 25-də başa çatacaq və səfər ayı başlayacaq.
Məhərrəm ayının önəmi və vacibatları barədə məlumat almaq üçün Oxu.Az QMİ-nin əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyevlə həmsöhbət olub.
İlahiyyatçı-alim bildirib ki, məhərrəm ayının xüsusi vacibatları yoxdur: "Bu ayda təşkil olunan mərasimlər, əzadarlıqlar peyğəmbərin sevimli nəvəsi imam Hüseynin Kərbəla döyüşündə şəhid olmasının il dönümü ilə əlaqədar təşkil edilir.
Matəm mövsümündə imam Hüseynin şəninə yazılmış mərsiyələr, qəsidələr oxunur".
O, məhərrəm ayının önəmi barədə də məlumat verib: "Bu ay özündə şəhidliyi, şəhadəti, vətənpərvərliyi ehtiva edir".
Samid Quliyev toyların qadağan edilməsi məsələsinə də toxunub: "Məhərrəm ayında toy edib evlənməklə bağlı xüsusi qadağa yoxdur.
Lakin tarixən azərbaycanlılar peyğəmbərin ailəsinə, dini terminlə desək, əhli-beytinə həmişə hörmətlə yanaşıblar.