Mehin bu dəfə “Labirint”də...

07.08.2026

Olay.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müğənni Mehin Hümbətova yeni işi “Labirint”i dinləyicilərin ixtiyarına verib.

OLAY yazır ki, mahnının musiqisi Kazım Cana, sözləri isə OGB-yə məxsusdur. Bəstənin aranjimanını da Kazım Can hazırlayıb.

Layihənin artist prodüseri Hacı Nazim Məmmədov, artist meneceri isə Fərhad Rzayevdir.

“Labirint” mahnısına çəkilən ekran işinin rejissorları ZEYN və İlaha Məhərrəmdir. Klipdə Mehin Hümbətova fərqli məkan və obrazlarda kamera qarşısına keçərək vizual baxımdan diqqətçəkən performans sərgiləyib. Ekran işində sənətçini Pro Dance Show rəqs kollektivi müşayiət edib.

Layihənin PR və media meneceri isə Elvin Elxandır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью