Mehin Döngə yə İstanbulda klip çəkdirdi

17.02.2025

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Mehin Hümbətova İstanbulda çəkdirdiyi klipini təqdim edib. 

BAKU.WS xəbər verir ki, ekran işi "Döngə" adlanır.

Mahnının söz və musiqisi Zülfi Bədəlova məxsusdur. Tanınmış rejissor Kemal Yıldızın  ərsəyə gətirdiyi ekran işində Mehin fərqli obrazda kamera qarşısına keçib.

Layihə üzərində Türkiyədən olan peşəkar komanda çalışıb. Hümbətovanın staylinqini Sıla Ceren Özyurt edib ki, o, Hande Ünsel, İrem Derici, Eda Sakız, Dicle Olcay kimi məşhurlarla əməkdaşlıq edir. 

Aranjimanı Elvin Musayevə aid olan "Döngə" Mehinin "Youtube" kanalına yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью