MEHİN: “Ondan üzr istəyəcək heç nə etməmişəm”

10.09.2026

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Mehin Hümbətova həmkarı Aysun İsmayılova ilə aralarıda yaşanan qalmaqala aydınlıq gətirib.

 Adalet.az bildirir ki, o, artıq həmkarı ilə heç bir problem yaşamadığını etiraf edib:

“Mən efirlərə dəvət alanda bu haqda danışmayacağımı həmişə demişəm. Mən yalnız o zaman danışdım ki, Aysun efirdə adımı çəkdi. Və mən də ona cavab verdim. Əsla səhv heç nə deməmişəm. Doğru olanı danışmışam. Aysunun halı göz önündə idi. Aysun yaşadığı acını heç bir övlad yaşamasın. Onu efirdə elə çarəsiz gördüm, ürəyim parça- parça oldu. Və qərara aldım ki, aramızda yaranmış problem haqda danışmayacam. Ondan üzr istəyəcək heç nə etməmişəm. Sadəcə elə böyük problemimiz yoxdur ki, deyək ki, bitmək bilmir. Biz bu mövzunu bağlamışıq”.

Əntiqə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью