Mehin onkoloji şişə görə əməliyyat olunur

04.11.2024

Icma.az, News24 saytına istinadən bildirir.

Boğazında onkoloji şiş aşkarlanan influenser Mehin Oktaylı əməliyyat olunacaq.

News24.az xəbər verir ki, bu barədə o, instaqramda yazıb. Mehin bu gün əməliyyat olunacağını açıqlayıb.

“Mənim üçün son 2 gündə dua edən hər kəsə təşəkkür edirəm. Son bir dua… Çünki saatlar sonra əməliyyata girirəm.Yaxşıyam, yaxşı olacağam. Hələ onları dərk etmədən bu söhbəti birdəfəlik bağlayacağıq deyə ümid edirəm. Mənfiliklərə son qoymaq – mənim işim. Buna da son verim, saatlar sonra gələcəyəm Allahın izniylə… Danışacağıq uzun-uzun, lakin istəyirəm ki, hər şey bitsin sonra”, – deyə, Mehin sözügedən paylaşımına şərh yazıb. /olayaz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью