Mehin sevdiyi şəxsdən danışdı

27.02.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Müğənni Mehin Hümbətova şəxsi həyatı ilə bağlı açıqlama verib.

News24.azxəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində danışıb.

Mehin hazırda böyük eşq yaşadığı gizlətməyib:

“Hər kəsə sevgi yaşamağı arzu edirəm. Sevgi bizim həm karyeramıza, həm həyat eşqimizə, həm də insanın enerjisinə müsbət təsir göstərir. Sevdiyim şəxs sənət aləmindən deyil. Həyatımızda sevdiyimiz insanların bizi dəstəkləməsi bizim üçün çox vacibdir. Bu bizim həyatda tutduğumuz mövqeyə də təsir göstərir. Çox sağol ki, sən mənim yanımdasan”./olay

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью