Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq avtosalon rəhbərləri Fərid Cəlalov və Kamil Habillinin cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşı .
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hokm oxunub. Hökmə əsasən, Kamil Habilli və Fərid Cəlalov hər birinin 7 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı ötən prosesdə hər iki təqsirləndirilənin 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Xatırladaq ki, cinayət işi üzrə 14 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və onlara ümumilikdə təxminən 1 milyon manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilib. İstintaq materiallarina əsasən, təqsirləndirilənlər avtomobil satışı adı ilə vətəndaşlarin pullarını mənimsəməkdə ittiham olunurlar.
Seymur Əli