Məhkəmə aliment borcunun silinməsi ilə bağlı qərar verib | Icma.az
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ali Məhkəmə aliment borcunun silinməsi barədə tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
APA xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib. Məlumata görə, işin hallarına görə, iddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr,
Tələb onunla əsaslandırılıb ki, həmin dövrdə uşaqların maddi ehtiyaclarını təmin edib.
Belə olan halda həmin aylar üzrə ona yenidən aliment borcu hesablana bilməz.
Birinci instansiya məhkəməsi iddiaya mahiyyəti üzrə baxaraq qətnamə qəbul etsə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək işin icraatına Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verib.
Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür.
Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun.
Tam oxu
Xəbəri oxu