Məhkəmə Azərbaycan və Ermənistana bir il vaxt verdi

19.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan və Ermənistana irqi ayrı-seçkilik hallarında əks-memorandum hazırlamaq üçün bir il vaxt verib.

Publika.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, sənədlər 2025-ci il noyabrın 12-dək hazırlanmalıdır.

Əks-memorandum qarşı tərəfin memorandumunda yer alan iddiaları qəbul, inkar və ya şərh edən cavabı nəzərdə tutur.

Eyni zamanda məhkəmənin sədri Nəvaf Salam bildirib ki, məhkəmə Bakının İrəvana qarşı iddiasına baxmaq səlahiyyətini təsdiqləyib.

Tural

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью