Məhkəmə Baş nazirin qardaşına hökm oxudu

14.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

İspaniya məhkəməsi Baş nazir Pedro Sançesin qardaşı David Sançesi vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilib və ona 9 il müddətinə dövlət qulluğunda çalışmaq qadağası qoyub.
Bizim.Media xəbər verir ki, bu barədə "El Mundo" qəzeti məlumat yayıb.
İyulun 14-də Badaqos şəhər məhkəməsi David Sançesi vilayət şurasında vəzifəyə təyin olunarkən xidməti səlahiyyətlərindən sui-istifadə etdiyi üçün cəzalandırıb.
 

Məhkəmənin qərarı ilə Badaqos vilayət şurasının keçmiş rəhbəri və Ekstremaduranın sosialistlər təşkilatının eks-lideri Migel Anxel Qalyardo, həmçinin David Sançesin dostu Luis Karrero barəsində də eyni hökm çıxarılıb.


Xatırladaq ki, Baş nazir Sançesin həyat yoldaşı Beqonya Qomes də nüfuzdan sui-istifadə və rüşvətxorluq ittihamları ilə üzləşmişdi.
Bununla əlaqədar olaraq o, xaricə səfərlərini məhkəmə ilə razılaşdırmalıdır və hətta NATO sammitinə gedə bilməyib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью