Məhkəmə bu partiyanın ləğvi barədə qərar verdi

06.12.2024

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Azadlıq Partiyası 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью