Məhkəmə DTX nın həbs etdiyi Vüqar Məmmədov barəsində qərar verdi

31.10.2025

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Hurriyyet TV”də keçirilən əməliyyatla saxlanılan saytın rəhbəri Vüqar Məmmədov həbs edilib.

Gununsesi.info-nun məlumatına görə, Səbail Rayon Məhkəməsi belə qərar çıxarıb.

Hakim Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatətini əsaslı hesab edib. V.Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün DTX “Hurriyyet TV”-də əməliyyat keçirib. Ofisdə axtarış zamanı iş üçün əhəmiyyətli kompüter və bəzi sənədlər götürülüb. Vüqar Məmmədovun Ramiz Mehdiyevin cinayət işi ilə bağlı tutulduğu ehtimal edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью