Məhkəmə Əli Kərimli ilə bağlı qərarı dəyişdirmədi

16.06.2026

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 5 ay uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Ə.Kərimli Prezident Adminstrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью