Məhkəmə əmri almaq istəyənlər 25 manat rüsumu ödəyəcək

27.11.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Azərbaycanda məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 25 manat dövlət rüsumunun müəyyən edilməsi təklif olunur.

“Cebheinfo.az” xəbər verir ki, Milli Məclisdə bununla bağlı “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsi nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, məhkəmə əmri haqqında ərizənin verilməsi dövlət rüsumu tutulmalı olan hərəkətlər siyahısında ayrıca göstəriləcək.

Yeni əlavə edilən 8.2-1-ci maddəyə görə, belə ərizənin təqdim edilməsinə görə dövlət rüsumu 25 manat təşkil edəcək.

Hazırda qanunun 8.2-ci maddəsində məhkəmə əmri haqqında ərizəyə dair müddəa digər məhkəmə müraciətləri ilə birlikdə göstərilir. Təklif olunan dəyişikliklə bu müraciət növü ayrıca maddə kimi müəyyənləşdirilir.

Qeyd edək ki, dəyişiklik 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью