Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır. “Kanal-13” internet televiziyasının rəhbərinin məhkəmə prosesi keçirilib Bu gün Səbail
AYNA xəbər verir ki, jutnalistin vəkili Fəxrəddin Mehdiyevin sözlərinə görə, iclasın əvvəlində hakim Ə.Orucovun ev dustaqlığına buraxılması
Sonra müdafiə tərəfi jurnalistlərin prosesə buraxılması və çəkiliş aparmaq üçün şəraitin yaradılması barədə vəsatət qaldırıb.
Lakin hakim Günel Səmədova bildirib ki, jurnalistlərin iştirakına ehtiyac yoxdur və onlar məlumatı məhkəmənin mətbuat xidmətindən ala bilər.
Müdafiə tərəfi qeyd edib ki, jurnalistlərin buraxılmaması məhkəmənin aşkarlığı prinsipini pozur. Lakin hakim vəsatəti təmin etməyib.
Sonra zərərçəkmiş tərəfin nümayəndəsi – Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşı gəlmədiyindən iki şahid dinlənilib.
Onlardan biri fəhlə olub, evin tikintisində iştirak edib. O deyib ki, işə Ə.Orucov tərəfindən cəlb edilib.
Digər şahid Ə.Orucovun ətraf mühitə, yaşıllıqlara ziyan vurması ilə bağlı ibtidai istintaqda verdiyi ifadələrdən imtina edib.