Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın keçmiş müdafiə nazirinin müavini, general Dmitri Bulqakovun, ailə üzvlərinin və iş üzrə daha iki şəxsin əmlakı ümumilikdə 180 milyon rubldan artıq məbləğdə həbs edilib.
Sherg.az xəbər verir ki, Bulqakov xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur, günahını etiraf etmir. İş Sankt-Peterburqda Kirov adına Hərbi-Tibb Akademiyasında aparılan enerji auditi üzrə müqavilələrlə bağlıdır. İstintaqa görə, Bulqakovun nəzarətində olan şirkət təxminən 50 milyon rubl əsassız gəlir əldə edib.