Məhkəmə Harvard Universitetinin maliyyələşməsini bərpa edib

04.09.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton, 4 sentyabr , AZƏRTAC

ABŞ-ın Boston şəhərində federal məhkəmə Harvard Universiteti üçün 2,2 milyard dollara yaxın federal qrantların bərpa edilməsi barədə qərar çıxarıb.

AZƏRTAC-ın məlumatına görə, qərara əsasən, 14 aprel 2025-ci il tarixindəki məktub əsasında Harvard Universitetinin maliyyələşdirilməsinin dondurulması ləğv edilib. 84 səhifəlik qərarda universitetin son illərdə antisemitizmdən əziyyət çəkdiyi bildirilsə də, bunun qrantın dayandırılması ilə heç bir əlaqəsinin olmadığı təsdiqlənib.

Bu qərar 2 milyard dollardan çox qrantı dondurulması ilə bağlı Tramp administrasiyasının məktubuna qarşı Harvard Universitetinin məhkəmə iddiasına cavab olaraq verilib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью