Məhkəmə iclası zamanı hakim güllələnib Albaniyada

07.10.2025

Icma.az, Olke.az saytına istinadən bildirir.

Oktyabrın 6-da Albaniyanın Tirana Apellyasiya Məhkəməsində keçirilən iclasda hakim Astrit Kalaju güllələnib.

Ölkə.Az "Associated Press"ə istinadən xəbər verir ki, polisin məlumatına görə, silahlı şəxs 30 yaşlı E.Ş.-dir. Hakim xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Hücum zamanı məhkəmə zalında olan daha iki nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, onların həyatı üçün təhlükə yoxdur.

Atışmadan sonra hücum edən şəxs qaçmağa cəhd etsə də, yaxalanıb. Hücumda istifadə edildiyi iddia edilən "Revolver" markalı tapança müsadirə edilib.

Cinayətin motivləri hələlik açıqlanmayıb. Səlahiyyətlilər araşdırmaya başlayıb və hadisə Albaniyada geniş müzakirələrə səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью