Məhkəmə Karapetyanın həbsini qanunsuz hesab etdi

11.08.2025

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ermənistan Apellyasiya Məhkəməsi rusiyalı iş adamı Samvel Karapetyanın həbsini qanunsuz hesab edib.


Bakupost.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Karapetyanın vəkili Liana Qasparyan bildirib.

“Məhkəmə təsdiq edib ki, 2025-ci il iyunun 18-də Samvel Karapetyanın həbsi qanunsuz olub, nəticədə o, 9 saatdan artıq qanunsuz olaraq azadlıqdan məhrum edilib”, - deyə Qasparyan vurğulayıb.

Bundan əvvəl həmin məhkəmə Karapetyanın mənzilində axtarış aparılmasını qanunsuz hesab edib.

Zaur,
BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью