Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qeyri-qanuni mərc saytlarının reklamını edərək insanları bu fəaliyyətə təşviq etməkdə ittiham olunan sosial media fenomeni Kərimcan Durmaz barəsində məhkəmə qərarı verilib.
Axşam.az xəbər verir ki, İstanbul 23-cü Asliye Cəza Məhkəməsi Durmazı 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
Məhkəmədə onun vəkili Müge Doğan iştirak edib. Müdafiə tərəfi çıxışında Durmazın ona irəli sürülən ittihamları törətmədiyini bildirərək bəraət hökmü verilməsini tələb edib. Lakin məhkəmə Kerimcanın əməllərinin sübuta yetirildiyi qənaətinə gəlib.
Məhkəmə heyəti Kərimcan Durmazı “reklam yolu ilə insanları idman yarışlarına əsaslanan mərc və şans oyunlarını oynamağa təşviq etmə” cinayətini zəncirvari şəkildə törətməkdə təqsirli bilib. Eyni zamanda, onun barəsində tətbiq edilən ölkədən çıxış qadağası formasında məhkəmə nəzarəti tədbirinin qüvvədə saxlanılmasına qərar verilib.
Qeyd edək ki, prokurorluq Kərimcan barəsində 1 il 3 aydan 5 il 3 aya qədər həbs cəzası tələb etmişdi.