Məhkəmə kriminal avtoritet Oleq Bakinski ilə bağlı qərar verdi | Icma.az
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xuliqanlıqda ittiham olunan milyonçu Oleq Krapivin (“Oleq Bakinski”) ev dustaqlığına buraxılmasını istəyir.
Bakupost.az “Qafqazinfo”ya istinadən bildirir ki, onun vəkilləri həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim ediblər.
Müdafiəçilər təqsirləndirilən şəxsin yer dəyişdirmə və istintaqdan yayınma fikrinin olmadığını bildiriblər.
Məhkəmə vəsatəti əsaslı hesab etməyib. “Oleq Bakinski”nin həbsinin davamına qərar verilib.
Qeyd edək ki, ukraynalı tanınmış milyonçu “Oleq Bakinski” üç ay əvvəl Bakıda həbs edilib.
O, Rusiya vətəndaşına qarşı xuliqanlıq hərəkətləri etməkdə ittiham olunur. Bir neçə gün əvvəl onun həbs müddəti uzadılıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu