Məhkəmə Mbappenin iddiasını rədd etdi

03.10.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məhkəmə Mbappenin iddiasını rədd etdi

Fransa məhkəməsi “Real”ın hücumçusu Kilian Mbappenin PSJ-yə qarşı “mənəvi zorakılıq” iddiası ilə bağlı araşdırmanı dayandırıb.

QOL.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, istintaq kifayət qədər sübut olmadığı üçün xitamla nəticələnib.

Futbolçunun vəkilləri 2025-ci ilin mayında PSJ-yə qarşı “mənəvi təqib və imza atmağa məcbur etməyə cəhd” ittihamları ilə şikayət vermişdi. Lakin həmin ilin iyulunda şikayət geri götürülüb. Buna baxmayaraq, araşdırma davam etdirilib və 2026-cı ilin mayında iş üzrə “non-lieu” qərarı çıxarılıb.

İş Mbappenin 2023-cü ilin yayında PSJ-nin əsas komandadan kənarlaşdırılması ilə bağlı idi. Klub futbolçunun müqaviləsini uzatmaqdan imtina etməsindən sonra onu əsas komandanın məşqlərindən uzaqlaşdırmışdı.

Mbappe 2024-cü ildə PSJ-dən ayrılaraq “Real”a keçib. Tərəflər arasında maaş və bonuslarla bağlı ayrıca maliyyə mübahisəsi də yaşanıb. Bu iş üzrə PSJ-nin futbolçuya təxminən 61 milyon avro ödəməsinə dair qərar çıxarılıb və klub apellyasiya şikayəti verməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью