Məhkəmə məşhur aktyoru təqsirli bilib

13.05.2025

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"BFMTV" telekanalının məlumatına görə, 2021-ci ildə Depardye "Yaşıl Panjurlar" filminin çəkilişində 54 yaşlı dekoratoru və 34 yaşlı rejissor köməkçisini zorlayıb. Aktyor məhkəmədə bu ittihamı boynuna almasa da, hakim onun barəsində 18 ay şərti cəza, eyni zamanda, 20 min avro cərimə hökmü verib.
Jerar Depardye həmçinin aktrisa Şarlotta Arnuya qarşı cinsi qısnamada, vergidən yayınmada və qara pulların yuyulmasında, habelə Belçikada saxta iqamətgah yaratmaqda təqsirləndirilir. Bu işlər üzrə istintaq prosesləri aparılmaqdadır.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью