Məhkəmə məşhur türkiyəli müğənni Mabel Matizlə bağlı qərar verdi

21.08.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Məşhur türkiyəli müğənni Mabel Matiz "Ha Leylim" adlı mahnısı ilə bağlı başladılan istintaq üzrə hüquq-mühafizə orqanlarında dindirilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, sənətçi ölkə hüdudlarını tərk etmə qadağasını nəzərdə tutan məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Bildirilib ki, əsl adı Fatih Karaca olan və səhnədə Mabel Matiz kimi məşhurluq qazanan ifaçı "Ha Leylim" mahnısının sözləri və video klipindəki ədəbsizlik iddialarına görə açılan cinayət işi çərçivəsində ifadə verib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью