Məhkəmə Müşfiq Şahverdiyev barədə QƏRAR VERDİ KONKRET

20.11.2024

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Aktyor, ssenarist Müşfiq Şahverdiyev cərimələnib.

KONKRET.az “gununsesi.info”ya istinadən xəbər verir ki , “Cinemazadeh” şirkətinin rəhbəri Cəfər Axunzadə komediya aktyorunu məhkəməyə verib.

O, Müşfiq Şahverdiyevin Cinayət Məcəlləsinin 147-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma), 148-ci (Təhqir) maddələri ilə həbs edilməsini tələb edib.

Xətai Rayon Məhkəməsi iddianı qismən təmin edərək aktyoru Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilib və 1500 manat məbləğində cərimə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью