525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-də narkotik ticarətinə görə uzun müddət axtarışda olan Rayan Ceyms adlı narkotacir 2 gün əvvəl Kaliforniya ştatının Santa-Ana şəhərində məhkəmə qarşısına çıxarılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hakimin müttəhimə özünü günahkar bilib-bilməməsi ilə bağlı ünvanladığı suala o, mənfi cavab verib.
Rayan Ceyms 1 ton kokain Meksika və Kaliforniyadan ABŞ-nin digər ştatlarına keçirilməsində ittiham olunur. Bundan başqa o, 2 nəfərin öldürülməsində və 1 sui-qəsddə günahlandırılır.
Qeyd edək ki, 2002-ci ildə Solt Leyk Sitidə keçirilmiş qış olimpiya oyunlarının iştirakçısı olmuş Rayan Ceyms ötən il Meksikada tutularaq ABŞ-ə gətirilib.
L.Tağıyeva