Məhkəmə Paşinyanın kortejindəki cinayətə görə cəza verdi

30.07.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ermənistanın baş nazirini müşayiət edən yol polisi avtomobilinin sürücüsü vətəndaş Sona Mnatsakanyanı vurub öldürməkdə təqsirli bilinib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

İrəvan Şəhər Cinayət Məhkəməsinin hakimi Karen Farxoyanın rəhbərliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib. Cəza əlavə məhkəmə iclasında müəyyənləşəcək.

Qeyd edək ki, bir müddət öncə Paşinyanın kortejinin hərəkəti zamanı avtomobillərdən biri vətəndaş Sona Mnatsakanyanı vuraraq öldürmüşdü. 

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью