Məhkəmə Rüfət Səfərovla bağlı QƏRAR VERDİ

04.12.2024

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hüquq müdafiəçisi Rüfət Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, R.Səfərov  Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və CM 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri üzrə təqsirli bilinib.

***

Hüquq müdafiəçisi Rüfət Səfərov xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunur.

Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsi tərəfindən rayon məhkəməsinə vəsatət daxil olub.

Rüfət Səfərova daha bir maddə ilə - CM 127.2.3(qəsdən sağlamlığa az ağır zərər vurma) üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də Natiq İmamquliyev adlı şəxsin şikayəti əsasında Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb, izahatı alındıqdan sonra material istintaq şöbəsinə göndərilib. 

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью