Məhkəmə Şahramanyanın Qarabağla bağlı iddiasını rədd etdi

02.02.2026

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan məhkəməsi Qarabağda ləğv olunmuş separatçı rejimin keçmiş lideri Samvel Şahramanyanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə, eləcə də Ermənistan tarixi dərsliyinin müəllifi Njde Ovsepyana qarşı qaldırdığı iddianı rədd edib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

Qeyd olunub ki, 2025-ci ilin sentyabr ayında Şahramanyan onlara qarşı məhkəmə iddiası qaldıraraq, 9-cu sinif tarix dərsliyindəki məlumatları təkzib etmələrini tələb edib. Dərslikdə isə qeyd olunub ki, 2023-cü ilin sentyabr ayında Şahramanyan dırnağarası "respublika"nın ləğvi haqqında fərman imzalayıb.

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью