Məhkəmə Şakir Paşa ailesi ilə bağlı qərar verdi | Icma.az
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məhkəmə "Şakir Paşa Ailəsi: Möcüzələr ve Skandallar" serialı ilə bağlı qərar verib.
Axşam.az xəbər verir ki, Şakir Paşanın oğlu və "Halikarnas Balıqçısı" kimi tanınan yazıçı Cevat Şakir Kabaağaçlının nəvələri NOW kanalında yayımlanan seriala görə məhkəməyə müraciət etmişdilər.
Səkkiz nəvənin altısının şikayətindən sonra ekran işinin bu həftə üçün yayımlanması planlaşdırılan bölümü və digərlərinin nümayişi qadağan olunub.
Qeyd edək ki, Türkiyənin Radio və Televiziya Şurası “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialının türk ailə quruluşuna və milli-mənəvi dəyərlərinə zidd olduğu üçün 3 həftəlik yayımını dayandırmışdı.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu