Məhkəmə saxlanılan Fənərbaxça prezidenti barədə qərar verdi

25.12.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

Məhkəmə saxlanılan "Fənərbaxça" prezidenti barədə qərar verdi

Dünən İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan narkotiklə bağlı istintaq çərçivəsində saxlanılan “Fənərbağça” İdman Klubunun prezidenti Sadettin Saranla bağlı məhkəmə yeni qərar verib.

QOL.az bu barədə Türkiyə mediasına istinadən xəbər yayıb.

İstintaq çərçivəsində toplanan əlavə sübutlara əsasən, Saran barəsində “narkotik maddə əldə etmə, narkotik istifadəsini asanlaşdırma və narkotik istifadə etmə” maddələri ilə İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən tədbir görülüb.

Daha sonra o, məhkəməyə çıxarılıb. Prokurorluqda ifadəsi alındıqdan sonra onun ədliyyə nəzarəti şərti ilə sərbəst buraxılmasına qərar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью