Məhkəmə sədri yoxa çıxıb

10.09.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Qazax Rayon Məhkəməsini sədri Nemət Musayev yoxa çıxıb.

Gununsesi.infonun əldə etdiyi məlumata görə, məhkəmə sədrinin adı bir neçə gün əvvəl  Vahid Məhkəmə Portalından silinib.

Son üç günə qədər  portalda Nemət Musayevin icraatında olan işlərin siyahısı göstərilsə də, ancaq hazırda bu bilgilər görünmür.

Maraqlıdır ki, Nemət Musayevin sədrlikdən kənarlaşdırılması ilə bağlı hər hansı rəsmi qərar açıqlanmayıb.

Xatırladaq ki, Nemət Musayev Prezidentin 6 may 2026-cı il tarixli sərəncamı ilə Qazax Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin olunub.

Məsələ ilə bağlı Məhkəmə -Hüquq Şurasının mövqeyini öyrənməyə çalışacağıq.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью