Məhkəmə sədrindən AÇIQLAMA: “Özləri bilər, bir də …”

30.01.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu Emin Əlizadənin həyat yoldaşını bıçaqlayaraq öldürdükdən sonra yaşadığı binanın 16-cı mərtəbəsindən ataraq dünyasını dəyişdiyi iddia olunur.

Moderator.az xəbər verir ki, Manset.az cəmiyyətdə geniş rezonans doğuran hadisənin təfərrüatlarını öyrənmək üçün Abbas Əliyevlə əlaqə saxlayıb. O, hazırda vəziyyətinin yaxşı olmadığını bildirib:

“Bu, çox ağır dərddir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Araşdırmanın nəticələrindən sonra yəqin ki, ictimaiyyətə əlavə məlumat veriləcək. Hər kəsdən məni anlayışla qarşılamasını xahiş edirəm. Mənim bu günümdə belə şeylər yazanların özləri bilər, bir də Allahları bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью