Məhkəmə Serdar Ortaç barədə QƏRAR VERDİ

11.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün səhər saatlarında saxlanılan müğənni Serdar Ortaç sərbəst buraxılıb.

Modern.az xəbər verir ki, türk müğənni virtual qumar oynamaqda ittiham edilirlər.

İstanbul Prokurorluğu tərəfindən saxlanılan müğənni məhkəmədə sərbəst buraxılıb.

Müğənni insanları mərc oyunlarına və şans oyunlarına sövq etmək ittihamı ilə məhkəməyə göndərilib vö məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Məhkəmədən sonra mətbuata açıqlama verən Serdar Ortaç üzr istəyib.

"Çox təəssüf edirəm, bu qumar aludəliyi üzündən evimi, sağlamlığımı və evliliyimi itirdim. İndi mən məhkəmədəyəm”, - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью