Məhkəmə Serdar Ortaç barədə qərar verdi Yeni Sabah

11.11.2024

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün səhər saatlarında saxlanılan türk müğənni Serdar Ortaç sərbəst buraxılıb.

“Yeni Sabah” xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən saxlanılan müğənni insanları mərc oyunlarına və şans oyunlarına sövq etməkdə ittiham olunur. O, prokurorluğun qərarı ilə məhkəməyə göndərilib, məhkəmədə müğənni barədə ev dustaqlığı qərarı verilib.

 Məhkəmədən sonra mətbuata açıqlama verən Serdar Ortaç üzr istəyib. "Çox təəssüf edirəm, bu qumar aludəliyi üzündən evimi, sağlamlığımı və evliliyimi itirdim. İndi mən məhkəmədəyəm”, - o qeyd edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью