Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Su İdman Sarayı” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Modern.az Yurdmedia-ya istinadla bildirir ki, Maliyyə Nazirliyinin apardığı yoxlama zamanı “Su İdman Sarayı” MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditinin aparılmadığı məlum olub.
“Su İdman Sarayı” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Səbail Rayon Məhkəməsinin qərarı ilə “Su İdman Sarayı” MMC 1500 manat məbləğində cərimə edilib.