Məhkəmə TikToku 28 800 dollar cərimələdi

27.12.2024

Anews saytına istinadən Icma.az xəbər verir.

Moskvanın Taqanski Məhkəməsi TikTok-u informasiyaya çıxışın məhdudlaşdırılması prosedurunu pozmaqda təqsirli bilərək, 3 milyon rubl məbləğində inzibati cərimə kəsib. Bu barədə məhkəmənin mətbuat xidmətindən TASS-a məlumat verilib.

"Moskvanın Taqanski Rayon Məhkəməsinin qərarı ilə TikTok Pte Ltd Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinə (məlumat əldə etmənin məhdudlaşdırılması qaydasının pozulması) Rusiya Federasiyasının qanunvericiliyinə əsasən çıxışı məhdudlaşdırılan informasiya resurslarına məhkəmə 3 milyon rubl cərimə kəsib",- məlumatda qeyd olunub.

TikTok 2024-cü ildə oxşar maddə ilə iki dəfə inzibati məsuliyyətə cəlb edilib.  Beləliklə, bu il cərimənin ümumi məbləği 11 milyard rubla (105 260,54 dollar) çatıb.

Aytac Zeynalova


www.anews.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью