Məhkəmə Trampın qərarını dayandrıdı Tarif siyasəti bloklanır

29.05.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Beynəlxalq Ticarət Məhkəməsi prezident Donald Trampın tərəfdaş ölkələrə gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarları bloklayır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məhkəmə Donald Trampın başqa ölkələrdən idxal etdiyi mallara tətbiq etdiyi rüsumlarla bağlı bir neçə özəl şirkət və ştatın hökumətə qarşı açdığı iddialar üzrə yeni qərarını açıqlayıb.

Qərarda bildirilib ki, ölkə Konstitusiyası ticarəti tənzimləmək və vergi tətbiq etmək səlahiyyətini yalnız Konqresə verir. Bu və ya digər səbəbdn tətbqi olunan qərarlar bloklanır.

ABŞ mətbuatı yazır ki, Tramp administrasiyası məhkəmənin qərarından apellyasiya şikayətinə hazırlaşır.

Lamiyə Əhmədli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью