Məhkəmə Trampın sərəncamını ləğv edib

26.01.2026

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin federal məhkəməsi Tramp administrasiyasının 8400-dən çox miqrantın – Amerika vətəndaşlarının ailə üzvlərinin və yaşıl kart sahiblərinin hüquqi statusuna xitam vermək qərarını müvəqqəti olaraq bloklayıb.
Boston Rayon məhkəməsinin hakimi İndira Talvani tərəfindən çıxarılan müvafiq ilkin məhkəmə qadağası Daxili Təhlükəsizlik nazirliyinin əvvəllər humanitar şərti azadlığa mane olmaq barədə proseduru ləğv edib.
Söhbət Kuba, Haiti, eləcə də Kolumbiya, Ekvador, Salvador, Qvatemala və Hondurasdan olan, ailə birləşməsi proqramları çərçivəsində ABŞ-də müvəqqəti yaşamaq və işləmək hüququ almış immiqrantlardan gedir.
Co Bayden administrasiyası dövründə yaradılmış və ya genişləndirilmiş bu mexanizmlər qanuni rezidentlərin qohumlarının ölkəyə qanuni şəkildə daxil olmasına icazə verir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью