Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Ötən gün polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərli məhkəməyə gətirilib.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli hakim qarşısına çıxarılıb.
Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə vəkillə bağlı qərar qəbul edilib.
Qərara əsasən, Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dünən axşam Alyans Vəkil Bürosunun rəhbəri Orxan Kəngərli polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.