Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Vanda keçirdikləri toyla gündəmə gələn Mehmet Fatih Tançalanın ardından sosial media fenomeni olan həyat yoldaşı Çağla Öz Tançalan da saxlanılıb.
Axşam.az xəbər verir ki, Çağla məhkəmnin qərarı ilə "cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulması" ittihamı əsasında həbs edilərək həbsxanaya göndərilib. Tançalanın qohumu M.S.T. barəsində də eyni qərar verilib. Digər şübhəlilər N.O. və S.A. isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilməklə sərbəst buraxılıblar.
Qeyd edək ki, toya Azərbaycanda "baylarsoy" adı ilə tanınan bloger Arifə Məmmədova, həyat yoldaşı, bloger Fidan Zeyn də qatılıb.
M.Tançalan ifadəsində toyda taxılan qızılların "kirayə" olduğunu və toy mərasimindən sonra geri qaytardıqlarını iddia etmişdi. Mehmet özü də həbs olunub.