Məhkəmə Zurabişvilinin iddiasını qəbul etmədi

03.12.2024

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin və müxalif siyasətçilərinin oktyabrın 26-da keçirilmiş parlament seçkisinin konstitusiyaya zidd elan edilməsini tələb edən iddialarını mahiyyəti üzrə baxılmaq üçün qəbul etməyib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Konstitusiya Məhkəməsinin yaydığı məlumatda deyilib.

“1848 və 1849 saylı konstitusiya iddiaları mahiyyəti üzrə baxılmaq üçün qəbul edilməyib. Hökm qətidir, işə yenidən baxıla bilməz”, - məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью