Məhkəmə Zurabişvilinin iddiasını qəbul etmədi

03.12.2024

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstan Konstitusiya Məhkəməsi Prezident Salome Zurabişvilinin və müxalif siyasətçilərinin oktyabrın 26-da keçirilmiş parlament seçkisinin konstitusiyaya zidd elan edilməsini tələb edən iddialarını mahiyyəti üzrə baxılmaq üçün qəbul etməyib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Konstitusiya Məhkəməsinin yaydığı məlumatda deyilib.

“1848 və 1849 saylı konstitusiya iddiaları mahiyyəti üzrə baxılmaq üçün qəbul edilməyib. Hökm qətidir, işə yenidən baxıla bilməz”, – məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью